Şəkidə dəm qazından zəhərlənən ailə üzvləri evə buraxılıb AZƏRTAC

03.12.2024

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şəki, 3 dekabr, AZƏRTAC

Şəkidə dəm qazından zəhərlənən ailə üzvləri evə buraxılıb. Bu barədə AZƏRTAC-a TƏBİB-in nümayəndəsi Zamirə Ədilova məlumat verib.

Belə ki, ötən gün Şəkinin Kiş kəndində yaşayan Abdullayevlər ailəsinin 4 üzvü dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi. Z.Ədilova bildirib ki, Şəki Rayon Mərkəzi Xəstəxanasında Abdullayevlər ailəsinə bütün zəruri tibbi xidmətlər göstərilib. Onların sağlamlığı nəzərə alınaraq gecə xəstəxanada müalicələri davam etdirilib və bu səhər evə buraxılıblar.

Abdullayevlər ailəsi yaşadıqları ərazi həkim nəzarətinə götürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью