Icma.az, Avtosfer saytına istinadən bildirir.
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 29-da saat 13:00 radələrində İnçə kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı maşın yoldan çıxaraq dərəyə düşüb. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə avtomobil tamamilə sıradan çıxıb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.
Qeyd edək ki, qəzalı maşın qaldırıcı kran vasitəsilə ərazidən kənarlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin