Şəkidə dəyirmi masa: “Azərbaycanın mədəni irsi və müasir memarlıq”

28.01.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Şəki, 28 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar yanvarın 28-də Şəki şəhər Heydər Əliyev Mərkəzinin və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın mədəni irsi və müasir memarlıq” mövzusunda dəyirmi masa keçirilib.

Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə ölkəmizdə şəhərsalma və memarlıq sahəsində görülən işlərdən, tarixi və mədəni irsin qorunmasının vacibliyindən, şəhərlərin müasir tələblərə uyğun inkişafı, yaşayış şəraitinin yaxşılaşdırılması və bu sahədə qarşıda duran əsas vəzifələrdən danışılıb.

Dəyirmi masada cari ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və bu istiqamətdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью