Şəkidə dezodorant daşıyan TIR yanır

08.07.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəkidə hərəkətdə olan TIR alışıb.

Bu barədə Oxu.Az-a məlumat verilib.

Qeyd olunub ki, dezodarant daşıyan TIR-ın yanmasına səbəb təkərdən çıxan qığılcım olub.

Baş vermiş hadisə ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Fövqəladə Hallar Nazirliyindən (FHN) fakt təsdiqlənib.

Qeyd edilib ki, nazirliyin "112" qaynar xəttinə Şəki şəhəri, Aşağı Göynük kəndində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью