Şəkidə ehtiyatsızlıqdan ölüm faktı ilə bağlı cinayət işi BAŞLANDI

12.01.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvarın 12-də Şəki rayonu ərazisində Sətdar Nəbiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Şəkidəki ölüm hadisəsi ilə bağlı xəstəxanadan AÇIQLAMA


Bu barədə Bizim.Media-ya Şəki rayon prokurorluğundan bildirilib.
Araşdırma zamanı 2000-ci il təvəllüdlü  Hüseyn İsmayılovun yanvarın 10-da Sətdar Nəbiyevi sifət nahiyəsindən əli ilə vurması nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən 2 gün sonra xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Hüseyn İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью