Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şəkidə bədbəxt hadisə nəticəsində bir nəfər elektrik cərəyanı vurması səbəbindən ölüb.
Lent.az xəbər verir ki, hadisə rayonun Təpəcənnət kəndində qeydə alınıb.
Cəfərabad kənd sakini, 1986-cı il təvəllüdlü Bəxtiyar Makarov elektrik cərəyanı vurması nəticəsində ağır xəsarətlər alıb və hadisə yerində həyatını itirib.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Vüqar Heydərov