Şəkidə FACİƏ: tok vuran kişi yanaraq öldü

23.08.2026

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəkidə yüksək gərginlikli elektrik cərəyanının vurduğu kişi yanaraq ölüb.

Hurriyyet.Media APA-ya istinadən xəbər verir ki, hadisə Şəki şəhəri, Salman Mümtaz küçəsində baş verib.

Şəki rayonu, Çeşməli kənd sakini 58 yaşlı Vüqar Mustafayev ərazidə olan elektrik transformatoruna müdaxilə edib. Bu zaman yüksək gərginlikli elektrik cərəyanı kişini vurub və o, yanaraq ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью