Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şəki, 15 noyabr, AZƏRTAC
Şəki Dövlət Peşə Təhsil Mərkəzində "Şəki Zəkası" intellektual yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, intellektual yarış Gənclər Fondunun dəstəyi və təşkilatçılığı ilə baş tutub.
Mərkəzdaxili komanda yarışlarında müxtəlif ixtisas qrupları üzrə təhsil alanlar bilik və bacarıqlarını nümayiş etdiriblər. Yüksək rəqabət şəraitində keçən intellektual yarışların sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Birinci yerə sahib olan komanda isə universitet və kollec tələbə komandalarının iştirak edəcəyi final mərhələsinə vəsiqə qazanıb.