Şəkidə idarəetmədən çıxan avtomobil ağaca dəydi Xəsarət alan var

20.01.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə Oğuz-Şəki avtomobil yolunun Şəki rayonunun Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Şəki sakini Samir Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Nəticədə avtomobildə olan sərnişin, Şəki sakini 1984-cü il təvəllüdlü Tural Abbasov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Seymur Əli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью