Şəkidə iki nəfər sahibsiz itlərin hücumuna məruz qalıb

09.11.2024

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Şəkidə iki nəfər sahibsiz itlərin hücumuna məruz qalıb.

APA-nın məlumatına görə, bu gün rayonun Cəfərabad kənd sakini 58 yaşlı Şahin Allahverdiyev və Baş Göynük kənd sakini 12 yaşlı A.Nəsibova it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Onlara tibbi yardım göstərilib, vaksin vurulub və ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью