Şəkidə kanatın trosu qrılıb, ölənlər var

08.09.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəki rayonu, “Şəki Yaylası” istirahət mərkəzindən çağırış qeydə alınıb.

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

İlkin məlumata görə, Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində ölüm halı qurğunun "tros"unun qırılması nəticəsində baş verib.

Ölənlərin Qax rayon sakini 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью