Şəkidə maşın ağaca çırpıldı Sürücü xəsarət aldı

05.07.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Şəkidə minik avtomobili ağaca çırpılıb, sürücü xəsarət alıb. Yol-nəqliyyat hadisəsi Şəki-Kiş yolu üzərində baş verib.

"Unikal" xəbər verir ki, bu gün günorta saatlarında 29 yaşlı Mustafa Qeybullayev Təcili Tibbi Yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Ona ilkin tibbi yardım göstərilib. Müalicəsi davam etdirilir.

Qeyd edək ki, Mustafa Qeybullayevin idarə etdiyi minik avtomobili Kiş kəndinin Soyuqbulaq ərazisində idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Baş vermiş qəza ilə bağlı Şəki Rayon Polis Şöbəsində araşdırma başlanılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью