Şəkidə maşın aşdı 2 nəfər xəsarət aldı

24.12.2024

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Şəkidə yol qəzasında iki nəfər xəsarət alıb.

Metbuat.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun İnçə kəndində baş verib.

Belə ki, Şəki-Qax yolunda “Mitsubishi” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 2 nəfər - 1991-ci il təvəllüdlü Kamran Məmmədov və 1986-cı il təvəllüdlü Röyal Həmidov xəsarət alıb.

Hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью