Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, bugün saat 14 radələrində Şəki rayonu Qudula kəndində Təbriz Vəliyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, Baş Göynük kənd sakini, 1985-ci il təvəllüdlü İsmayılov Zamil Səməd oğlu xəsarət alaraq Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. Seymur Əli Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.