Şəkidə maşınlar toqquşdu Biri yanıb kül oldu+Fotolar

09.10.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəkidə iki avtomobil toqquşub, biri yanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə günorta saatlarında Şəkinin Küdürlü kəndində qeydə alınıb.

Belə ki, 46 yaşlı Cəsarət Ağalarova məxsus “QAZ-24” və 59 yaşlı Səfər Şabanova məxsus “Ford” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində “QAZ-24”də yanğın başlayıb. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.

Yanğın FHN-in Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Hadisə zamanı 1 nəfər - “Ford”da olan sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью