Şəkidə maskalı oğrular həbs olundu Yeni Sabah

05.11.2024

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş rayon sakinləri Saleh Əliyev, Şahid Ballıyev və Elton Paşayevdir.

Onlar maskalı şəkildə zərərçəkənin həyətyanı sahəsinə daxil olaraq heyvanları oğurlayıb və müxtəlif şəxslərə sataraq əldə etdikləri qazancı aralarında böldüklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью