Şəkidə məktəbdə təcrübə zamanı müəllim və şagirdlər XƏSARƏT ALDILAR Xəbər saytı Son xəbərlər və Hadisələr

06.12.2024

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb.

Oxu.Az xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub.

Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.

Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью