Şəkidə Mercedes aşdı, ölən var | Icma.az
Icma.az, Lent az portalına istinadən məlumat verir. Şəkidə ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə noyabrın 20- də saat 14 radələrində Şəki rayonunun Qudula kəndi ərazisində baş verib.
“Mercedes” markalı avtomobilin sürücüsü Təbriz Vəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.
Hadisə zamanı avtomobildə olan sərnişin 39 yaşlı Zamir İsmayılov xəsarət alıb. O, bu gün gecə saatlarında xəstəxanada ölüb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu