Şəkidə mikroavtobusla minik maşını toqquşdu

29.11.2024

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəkidə mikroavtobusla minik maşını toqquşub.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə günorta saatlarında rayonun Kiş kəndi ərazisində baş verib.

Kənd sakini Səməd Salammovun idarə etdiyi Şəki-Kiş kəndi marşutu ilə hərəkət edən mikroavtobusla 31 yaşlı Əfsər Qarayevin idarə etdiyi VAZ-2106 markalı minik avtomobili toqquşub.

Qəzada VAZ-2106-nın sürücüsü xəsarət alıb.

Mikroavtobus sürücüsü və sərnişinlər arasında isə xəsarət alan olmayıb.

Faktla bağlı Şəki Rayon -Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью