Şəkidə mikroavtobusla minik maşını toqquşub, xəsarət alan var

29.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Şəkidə mikroavtobusla minik maşını toqquşub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Kiş kəndi ərazisində baş verib. Kənd sakini Səməd Salammovun idarə etdiyi Şəki-Kiş kəndi marşutu ilə hərəkət edən mikroavtobusla 31 yaşlı Əfsər Qarayevin idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili toqquşub. Qəzada “VAZ 2106”nın sürücüsü xəsarət alıb. Mikroavtobus sürücüsü və sərnişinlər arasında xəsarət alan olmayıb.

Faktla bağlı Şəki Rayon -Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью