Şəkidə mikrovtobusla minik maşını TOQQUŞDU Xəsarət alan var

29.11.2024

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəkinin Kiş kənd sakini Səməd Salmanovun idarə etdiyi mikroavtobusla Əfsər Qarayevin idarə etdiyi VAZ 2106 markalı minik avtomobilləri toqquşub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsinə səbəb VAZ 2106-nın sürücüsü olub.
İlkin məlumatlara görə, o, hərəkət qaydalarını gözləməyərək insanla dolu olan mikroavtobusun qarşısına çıxaraq qəza şəraiti yaradıb.
Qəza nəticəsində VAZ 2106-nın sürücüsü Əfsər Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Mikroavtobus sürücüsü və sərnişinlər arasında isə xəsarət alan olmayıb.
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью