Şəkidə minik avtomobili motosikletlə toqquşdu, iki nəfər öldü FOTOLAR

28.11.2024

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəki şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib.

Verilən məlumata əsasən, gecə saatlarında “Opel-Astra” markalı avtomobillə motosiklet toqquşub. Ağır yol-nəqliyyat hadisəsi nəticəsində motosikleti idarə edən 42 yaşlı Natiq Abdullayev və onun sərnişini 46 yaşlı Mehman Camalov aldıqları xəsarətdən hadisə yerində həyatlarını itiriblər.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, təhqiqat aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью