Şəkidə minik avtomobili yanıb Xəsarət alan var

09.10.2026

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəki rayonunda minik avtomobili yanıb, xəsarət alan var.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, yanğın hadisəsi rayonun Çələbixan qəsəbəsində baş verib.

Hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı 1967-cıi il təvəllüdlü Cəsarət Eldar oğlu Ağalarova məxsus "QAZ-24" markalı minik avtomobilinin salon hissəsi tamamilə yanıb.

Hadisə nəticəsində bir nəfər qol və ayaq hissəsindən xəsarət alaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью