Şəkidə motosiklet maşınla toqquşdu, 2 nəfər öldü

28.11.2024

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Noyabrın 27-də saat 22 radələrində Şəki şəhərində “Opel” markalı avtomobillə  motosiklet toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, hadisənəticəsində motosikletin sürücüsü, 1978-ci il təvəllüdlü Mehman Camalov və sərnişini, 1982-ci il təvəllüdlü Natiq Abdullayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью