Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şəki sakinini sahibsiz it dişləyib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə gecə saatlarında şəhərin mərkəzi parklarından birində baş verib.
Gecə saatlarında 43 yaşlı şəhər sakini Eldar Əhmədov M.Füzuli adına parkın ərazisindən keçərkən sahibsiz itin hücumuna məruz qalıb.
Müxtəlif dərəcəli xəsarət alan sakin Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona ilkin tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.
Gecəni xəstəxanada keçirən şəhər sakini həkimlərin rəyindən sonra müalicəsini davam etdirmək şərti ilə evə buraxılıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu