Şəkidə piyadanı maşın vurdu

07.11.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb.

Modern.az xəbər verir ki, hadisə bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində baş verib.

Arif Səlimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarındakı 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью