Şəkidə piyadanı vurub qaçan sürücü saxlanıldı YENİLƏNİB

25.09.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Şəkidə piyadanı vurub qaçan sürücü Coşqun Məmmədov saxlanılıb. 

Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. 

***10:36
Şəkidə 28 yaşlı kişini avtomobil vurub.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Şəki şəhər ərazisində baş verib. Belə ki,1997-ci il təvəllüdlü Əsgərov Hasili avtomobil vurub. O, Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью