Şəkidə polis gücləndirilmiş rejimdə işləyir

01.03.2025

Manset portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mövcud hava şəraiti ilə əlaqədar bölgələrdə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, xüsusilə qarın daha çox yağdığı dağlıq və dağətəyi rayonlarda, magistral yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülür. Həmçinin piyadaların rahat və təhlükəsiz şəraitdə mənzil başına çatmaları üçün lazımi köməklik göstərilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью