Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şəkidə ölümlə nəticələnən yol qəzası olub.
Modern.az xəbər verir ki, hadisə gecə saatlarında İnçə kəndində qeydə alınıb.
“Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Nəticədə avtomobildə olan Laçın rayon sakini, 24 yaşlı Səbuhi Əlibala oğlu Ağazadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daha üç nəfər – Şamaxı rayon sakini, 24 yaşlı Əzəlxan Vəliyev, Goranboy rayon sakini, 25 yaşlı Ruhin Əliyev və Mingəçevir şəhər sakini, 40 yaşlı Surxan Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.