Icma.az, Oxu.az saytına istinadən bildirir.
Şəkidə qətlə yetirilmiş qadının meyiti aşkarlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.
Kənd sakini, 1991-ci il təvəllüdlü Zəhra Məlik qızı Əliyevanın bıçaqla qətlə yetirilmiş meyiti atasının evində aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Araşdırmalarla məlum olub ki, Z.Əliyeva həyat yoldaşı tərəfindən öldürülüb.
Hazırda polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görürlər.
Samir Əli