Şəkidə qəzada yaralanan sürücü Bakıda öldü

17.11.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

 Noyabrın 9-da Şəki rayonunun İnçə kəndi ərazisində “Mercedes” markalı avtomobillə toqquşan “Chevrolet”in sürücüsü, 35 yaşlı Famil Şəmiyev bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb. Avtosfer.az xəbər verir ki, hadisə zamanı bir neçə nəfər də xəsarət almışdı.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью