Şəkidə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

18.03.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Şəki, 18 mart, AZƏRTAC

Şəkidə müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər rəhbərliyinin, şəhid ailələri üzvlərinin, qazilərin, müharibə iştirakçılarının, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi iftar süfrəsində “Qurani-Kərim”dən ayələr, şəhidlərin ruhuna dualar oxunub, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilib.

Mərasimdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olduğunu bildirib, dövlətimiz tərəfindən dini-mənəvi dəyərlərə böyük önəm verildiyini vurğulayıb.

Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью