Şəkidə sərxoş vəziyyətdə yıxılaraq xəsarət alan kişi ölüb

19.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Şəki rayonunda sərxoş vəziyyətdə yıxılaraq xəsarət alan kişi ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, dekabrın 17-də Şəki şəhər sakini 1975-ci il təvəllüdlü Vüqar Cahangir oğlu İsmayılov sərxoş vəziyyətdə yıxılaraq xəsarət alıb.

Komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilən V.İsmayılov dekabrın 18-i saat 13:00 radələrində ölüb.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью