Şəkidə sürət həddini aşan avtomobil qəza törədib

11.08.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Şəki, 11 avqust, AZƏRTAC

Şəkinin Çələbixan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər yaralanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Çələbixan qəsəbə sakini, 33 yaşlı İsa İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, müayinədən keçirilib, müalicə olunur.

Baş vermiş yol qəzası ilə bağlı araşdırma başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью