Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 26-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-ZY-928 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil, “Daewoo” markalı maşınla toqquşub. Qəzaya səbəb “Prius” sürücüsünün qarşı hərəkət zolağına çıxaraq ötmə və manevr qaydalarını pozması olub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsi sıradan çıxıb, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma davam edir.
Nərmin