Şəkidə tarixi bina təhlükədədir FOTOLAR

05.06.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Şəkidə tarixi memarlıq abidəsi uçmaq təhlükəsi ilə üz-üzədir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkələrdə əslən Şəkidən olan ictimai fəal Sahib Kərimli yayıb.

O qeyd edib ki, ilk olaraq bank, daha sonra isə musiqi məktəbi kimi fəaliyyət göstərən bina hazırda qəzalı vəziyyətdədir: pizza hut

“Bura Şəkinin Fətəli Xan Xoyski küçəsidir. Yuxarı Karvansarayın üst tərəfindəki küçədir. UNESCO-ya düşən Şəkinin tarixi mədəniyyət və memarlığının qoruq ərazisidir.

Sağda, öndə gördüyünüz bina 1911-ci ildə inşa edilib. Tikintisində xüsusi kəsilmiş daşlardan və bişmiş kərpiclərdən istifadə edilib. Bu tarixi bina ilk öncə bank binası olub.

Şəki bəyləri indi haqqında danışılan Orta Dəhliz ticarət yolunda, bu bankdan ticari əməliyyatlarda istifadə ediblər. Çinlə və Avropayla ticarətin bir hissəsi də Şəki üzərindən keçirdi.

Sonradan sovet hökuməti binadan Musiqi məktəbi kimi istifadə edib.

Digər fotoda binanın tikilmə tarixi və musiqi məktəbi kimi fəaliyyəti ilə bağlı yazılar var. Maraqlananlar fotoları böyüdüb baxa bilərlər.

Bu bina sonralar baxımsızlıqdan viranə qalmış, üstəlik, qızılaxtaranlar onun divarlarını içəridən dəlik-deşik ediblər”.

Fətəli Xan Xoyiskinin adını daşıyan lövhə də yararsız haldadır:

“Üzərində Fətəli Xan Xoyskinin adı yazılan lövhənin bərbad durumuna da fotonu böyüdüb baxa bilərsiz.

Birinci fotodakı baxımsız tarixi abidədən sonra, sağdakı növbəti uzun görünən yaşlanıb, dalğalanan dam örtüyü Yuxarı Karvansarayın dam örtüyüdür.

Küçənin başında görünən və bir hissəsi fotoya düşən tikili isə Şəki Palas hotelidir.

Bu hotel Eyyubovlara məxsusdur, 2013-cü ildə tikilib, istifadəyə verilib.

Şəkidə elita yüz il qabaqlardan tarixi bank binası tikir, Şəkili Fətəli Xan Xoyski yüz il qabaqlardan buralarda biliklər qazanıb, Azərbaycan xalqına Cümhuriyyət, Hökumət inşa edir, amma Şəkidə adına olan küçədə lövhəsi bu vəziyyətə salınır, bu küçənin başında müasir hotel kompleksini də Eyyubovlar tikir”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью