Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Şəkidə tarixi Yay Teatrı bərpa olunacaq.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Şəki şəhərinin bələdiyyə sədrinin müavini Səyyarə Musayeva "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) 4-cü günündə deyib.
Onun sözlərinə görə, gələn il şəhərdəki ictimai yaşıllıq ərazilərinin genişləndirilməsi və yenilənməsi planlaşdırılır:
"Burada iqlim təsirlərinə davamlı bitkilərin əkilməsi, damcı suvarma sistemlərinin və enerjiyə qənaət edən işıqlandırmanın tətbiqi nəzərdə tutulur. Eyni zamanda, tarixi Yay Teatrının bərpası və mühüm irs elementlərinin qorunması planlaşdırılır".
Sədr müavini əlavə edib ki, Azərbaycanda artıq altı şəhərin Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı mövcuddur. İndi prioritet həmin planların maliyyələşdirilərək həyata keçirilməsidir:
"Enerji səmərəliliyinin artırılması istiqamətində ilk addım enerji auditinin aparılmasıdır. Bu istiqamətdə artıq Şəkidə üç təhsil müəssisəsinin enerji auditi tamamlanıb və maliyyələşdirmə üçün təkliflər hazırlanıb".
O, həmçinin deyib ki, ictimai binaların istilik izolyasiyası baxımından yenilənməsi üçün Azərbaycan Enerji Effektivliyi Fondu ilə tərəfdaşlıq qurmağa da hazırlaşır:
"Bu, istilik itkisinin azaldılmasına, enerji xərclərinin 60 faizədək aşağı salınmasına və emissiyaların ixtisarına imkan verəcək".