Şəkidə yanğın baş verdi

01.02.2026

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Şəkidə yanğın olub.

"Unikal" Fövqəladə Hallar Nazirliyi Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadən bildirir ki, hadisə Səhiyyə Nazirliyinin balansında olan və hazırda fəaliyyət göstərməyən Ruhi Əsəb Xəstəlikləri Dispanserinin ərazisində baş verib. Dispanserin yardımçı tikilisində baş verən yanğın zamanı daxildə olan məişət tullantıları yanıb. Yanğınsındürənlərin səyi nəticəsində alovun genişlənərək yaxınlıqdakı tikililərə keçəməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı müvafiq orqan tərəfindən araşdırma başlanılıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью