Şəkidə yaşayış evində PARTLAYIŞ

23.01.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəkidə fərdi yaşayış evində partlayış olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Baş Zəyzid kəndində qeydə alınıb. 
 

Belə ki, kənd sakini Əhməd Soltanova məxsus, birmərtəbəli, üç otaqdan ibarət yaşayış evinin zirzəmisində partlayış baş verib. Partlayışdan sonra zirzəminin tavan hissəsində yanğın yaranıb, zirzəminin pəncərə şüşələri sınıb.


Zərbənin gücündən evin yaşayış sahəsində yerləşən pəncərələrin şüşələri qırılıb, otaqlardakı şkaflar aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Ev sahibinin bildirdiyinə görə, partlayış baş verən zirzəmi hissəsində təbii qaz olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью