Şəkidə yol qəzası | Icma.az
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq. Şəkidə baş verən ağır yol qəzasında 3 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, hadisə axşam saat 18 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub.
Qəza zamanı avtomobillərdə olanlardan 3 nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Daha iki nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Yaralılara ilkin tibbi yardımlar göstərilir. Ölən və yaralanan şəxslərin kimlikləri dəqiqləşdirilir.
Gununsesi.info Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu