Şəkidə yol qəzasında sərnişin ölüb AZƏRTAC

21.11.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Şəki, 21 noyabr, AZƏRTAC

Şəkinin Qudula kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC xəbər verir ki, Qudula kənd sakini, 44 yaşlı Təbriz Vəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Bu zaman nəqliyat vasitəsində olan sərnişin, həmin kənd sakin 39 yaşlı Zamir İsmayılov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью