Şəkidə yük avtomobili ilə mikroavtobus toqquşdu Xəsarət alanlar var

10.05.2025

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəkidə xırdatutumlu yük avtomobili ilə sərnişin daşıyan mikroavtobus toqquşub, xəsarət alanlar var. 

Redaktor.az APA-ya istinadla məlumat verir ki, Şəki şəhəri Salman Mümtaz küçəsində “Ford” markalı yük və “Mercedes Vito” markalı avtomobillər toqquşub. Nəticədə bir neçə nəfərin xəsarət aldığı bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью