Şəkidə yük maşını 71 yaşlı kişini vurdu

28.11.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Şəkidə yük maşını piyadanı vurub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Turan qəsəbəsində baş verib. "KamAz" markalı yük maşını yolu keçmək istəyən 1954-cü il təvəllüdlü piyada Süleymanov Silon Süleyman oğlunu vurub.

Müxtəlif bədən xəsarərləri alan yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью