Şəkidə yük maşını piyadanı vuraraq öldürüb

27.01.2025

Icma.az bildirir, Report.az portalına istinadən.

Şəkidə piyadanı yük avtomobili vuraraq öldürüb.

"Report"un Şimal-qərb bütrosunun məlumatına görə, hadisə Şəki şəhər ərazisində baş verib.

Belə ki, Firudin Məmmədovun idarə etdiyi "JAC" markalı yük avtomobili geriyə hərəkət edərkən piyada Şəki şəhər sakini 1967-ci il təvəllüdlü İmamhüseynov Ülfət Fikrət oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью