Şəkidəmaşın aşdı Ölən var

21.11.2024

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəki rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Modern.az xəbər verir ki, hadisə noyabrın 20-də Şəki rayonunun Qudula kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü Təbriz Vəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı xəsarət alan avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Zamir İsmayılov bu gün gecə saatlarında xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью