Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? TƏKLİF

18.11.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəhər infrastrukturunda əlçatanlığın təmin edilməsi yalnız pandusların quraşdırılması ilə məhdudlaşmamalıdır. Panduslara aparan yolların, piyada keçidlərinin və səkilərin də maneəsiz olması xüsusi əhəmiyyət daşıyır. Əks halda, fiziki məhdudiyyətli şəxslər, eləcə də uşaq arabası ilə hərəkət edən valideynlər üçün yaradılan şərait real əlçatanlığı təmin etməyəcək.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, səkilərdə baryersiz mühit təmin edilmədikcə piyadaların və digər hərəkət iştirakçılarının axınları bir-birinə qarışacaq. Bu isə həm hərəkətin təşkilində çətinliklərə, həm də təhlükəsizlik problemlərinə səbəb olacaq.

Ekspertin sözlərinə görə, diqqət yetirilməli əsas məqamlardan biri də pandusa aparan piyada keçidlərinin avtomobillər tərəfindən zəbt edilməsinin qarşısının alınmasıdır. Çünki pandusun quraşdırılması ilə yanaşı, ona aparan yolun da maneəsiz və təhlükəsiz olması vacibdir.

Pandusa gedən piyada keçidində avtomobil saxlanılırsa və ya hərəkət yolunda müxtəlif maneələr varsa, bu halda yaradılan əlçatanlıq formal xarakter daşıyacaq. Buna görə də infrastruktur layihələrində yalnız pandusların deyil, bütövlükdə hərəkət marşrutunun əlçatanlığı nəzərə alınmalıdır.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью