Səkiləri zəbt edənlərə qarşı zəruri tədbirlər görüləcək

30.01.2025

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-2030-cu illərdə Bakıda mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlər görüləcək.

"Ölkə.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.

Bununla yanaşı, 2027-ci ilədək avtomobil yollarında baş vermiş qəzalarda ölüm hallarının azaldılması istiqamətində birgə təhlillərin aparılması, qəza ocaqlarının müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью