Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şəki, 20 noyabr, Mustafa Dadaşov, AZƏRTAC Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl zonada quraşdırılmış ART pavilyonda xalqımıza məxsus qədim sənət nümunələrinin, milli-mədəni irsimizin nümayiş olunduğu sərgi-ekspozisiyalar buranı ziyarət edən yerli və əcnəbi qonaqlar tərəfindən maraqla qarşılanır.
Şəkinin tanınmış şəbəkə ustası, Əməkdar mədəniyyət işçisi Hüseyn Hacımustafazadənin əl işlərinin sərgiləndiyi guşə də ziyarətçilərin diqqətini cəlb edib.AZƏRTAC-ın bölgə müxbiri sərgidən qayıdan şəbəkə ustası ilə Şəki şəhərinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən “Sənətkarlar evi”ndəki emalatxanasında görüşüb, sərgi ilə bağlı təəssüratlarını öyrənib.Belə mötəbər tədbirə dəvət almağına görə böyür qürur hissi keçirdiyini bildirən Hüseyn usta deyib: “Şəbəkə sənəti ilə 15 yaşımdan məşğulam.
Artıq 36 ildir ki, bu sənətdəyəm. İndiyədək dəfələrlə ölkəmizdə keçirilən, eyni zamanda, xaricdə təşkil olunan nüfuzlu beynəlxalq sərgilərdə
COP29 çərçivəsində təşkil olunan sərgidə iştirakım isə mənim yaradıcılığım üçün xüsusi əhəmiyyət kəsb edir.
Sərgiyə tədbirin təşkilatçıları tərəfindən dəvət almışdım. Əl işlərimin sərgilənməsi üçün ART pavilyonda böyük bir guşə ayrılmışdı.
Pavilyon çox böyük olduğuna görə sərgiyə Şəkidəki emalatxanamda, həmçinin sərgi salonumda olan bütün şəbəkə nümunələrini aparmışdım.
Ümumilikdə, 20-dək əsərim nümayiş olunurdu. Mənə ayrılan üç gün müddətində əl işlərimlə Yaşıl zonanı ziyarət edən yerli və xarici qonaqların