Şəkillərdən baxan ömür İlyas İsmayılov FOTOLARDA | Icma.az
Icma.az, Modern.az portalına istinadən məlumat yayır. Azərbaycanın sabiq baş prokuroru və keçmiş ədliyyə naziri, Ədalət Partiyasının sədri İ
İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub.
1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri işləyib.
Milli Məclisin III və IV çağırış deputatı olub.Mərhum öz vəsiyyətinə uyğun olaraq Nardaran qəbiristablığında oğlu Etimad İsmayılovun yanında dəfn olunub.İlyas İsmayılov sağlığında Modern.az saytının "Fotosöhbət" layihəsinin qonağı olmuş, redaksiyamıza təqdim etdiyi şəkilləri aşağıdakı şəkilatı sözlərlə şərh etmişdi.Mərhum İlyas İsmayılovla "fötösöhbət"ə bir daha baxın: İlk şəklimdir.
Komsomola keçəndə çəkiblər. Geri boylananda nə qədər ağır günlər keçirdiyini hiss edirsən... Tələbəlik dövrü...
Sabirabadın Cavad kəndində pambıq yığımı... Şəkil məndən xəbərsiz yemək yediyim zaman çəkilib.
Atam İsmayılov Abbas Qara oğlu, milis işçisi olub. Mən 6 aylıq uşaq ikən atam 33 yaşında vəzifəsinin icrası zamanı həlak olub.
Soldakı anam Məleykə, o birisi isə xalam Məsimədir... Sabirabaddan, pambıq yığımından qayıdırıq.
Tam oxu
Xəbəri oxu