“Şəki”nin baş məşqçisi: “Hamı bu məğlubiyyətimizlə rahatladı” | Icma.az
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir. “Biz bu gün oynamalı oyunumuzu göstərmədik”.
İdman.biz xəbər verir ki, bunu “Şəki”nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının XIII turunda “Sumqayıt”la qarşılaşmadan sonra deyib.
O, 8 oyunluq qələbə seriyasının qırılmasına üzülüb: “Açığı, oyunu biz uduzduq, onlar qalib gəlmədi. 8 oyunluq qələbə seriyamız vardı.
Xüsusən, hakim heyəti ilə bağlı bir söz söyləmək istəyirəm. Hörmət qazanılır. Bu komandanın qarşılıqlı hörmət görməsi lazımdır.
"Sabah"la eyni sayda qələbə qazanmışıq. Bu günədək 10 matçda qalib gəlmişik. Ancaq bu hörməti görmürük.
Hər matçda eyni problemləri yaşayırıq. Mən qalib gəldiyim zaman da bunu hakimlərə söyləmişdim.
Ümid edirəm ki, artıq hamı bu məğlubiyyətimizlə rahatladı. Qələbə seriyamız bitdi.
Biz mükəmməl komanda olmaya bilərik, ancaq mübariz bir komandayıq. Bunu da növbəti oyunlarda göstərəcəyik”.
Tam oxu
Xəbəri oxu